Tanınmış məşqçi istefaya göndərildi
29 dekabr 2019 10:48 (UTC +04:00)

Tanınmış məşqçi istefaya göndərildi

İngiltərə Premyer Liqasının XX turu baş məşqçi istefası ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, öz meydanında “Lester”ə 1:2 hesabı ilə uduzan “Vest Hem” Manuel Pelleqrini ilə yollarını ayırıb.

Çilili mütəxəssis uğursuz nəticələr səbəbindən istefaya göndərilib. Son 5 görüşdə cəmi 3 xal toplayan klubun rəhbərliyi 66 yaşlı cənubi amerikalının işindən narazı qalıb.

2018-ci ilin mayında bu posta təyin olunan M.Peleqrini “Vest Hem”i ümumilikdə 63 oyuna çıxarıb. Bu görüşlərdə onun yetirmələri 24 qələbə qazanıb, 11 heç-heçə edib və 28 dəfə uduzub.

Qeyd edək ki, “Vest Hem” Premyer Liqanın turnir cədvəlində 17-ci sırada qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1135

Oxşar yazılar