Professor, rektor, direktor, müəllim: YAP-ın siyahısındakı yenilər 
28 dekabr 2019 12:21 (UTC +04:00)

Professor, rektor, direktor, müəllim: YAP-ın siyahısındakı yenilər 

Xəbər verdiyimiz kimi, dünən Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. 

Lent.az xəbər verir ki, siyahıda keçmiş deputatlarla yanaşı, ilk dəfə namizədliyini verənlər də var. 

İlk dəfə namizədliyini verən şəxslərin adları ilə yanaşı bəzi məlumatları da təqdim edirik:

1) 7 saylı Ordubad- Culfa seçki dairəsindən namizəd olan Cəbi Quliyev - Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru;
2) 8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd olan Kübra Əliyarlı - YAP-ın Binəqədi rayon təşkilatının baş məsləhətçisi;
3) 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizəd olan Anar Əliyev- YAP-ın Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri;
4) 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəd olan Səbinə Xasıyeva; 
5) 13 saylı Xəzər seçki dairəsindən namizəd olan Şəfəq Əhmədova - YAP-ın Gənclər Birliyinin koordinatoru;
6) 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd olan Rauf Nağıyev - Azərbaycan Tibb Universtetinin dosenti, tibb elmlər doktoru;
7) 16 saylı Yasamal ikinci seçki dairəsindən namizəd olan İlham Səfərov - Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi;
8) 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizəd olan Elnur Allahverdiyev -  Sloveniyanın Bakıdakı fəxri konsulu;
9) 18 saylı Nərimanov-Nizami seçki dairəsindən namizəd olan Xudaqulu Rzayev- YAP-ın Nərimanov rayon təşkilatının Siyasi Şurasının üzvü;
10) 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəd olan Nihad Allahyarlı – “Könüllülük Akademiyası”nın rəhbəri, BDU-nun Tələbə Həmkarlar İttifaqının sədri;
11) 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizəd olan Sərraf Hüseynov - Azərbaycan Dillər Universtetinin rektorunun müşaviri;
12) 23 saylı Nəsimi-Səbayıl seçki dairəsindən namizəd olan Elnur Rəhimov- YAP-ın Nəsimi rayon Gənclər Birliyinin sədri;
13) 24 saylı Nizami birinci seçki dairəsindən namizəd olan Elnur Mustafayev - Metanol Zavodunun direktoru;
14) 26 saylı Sabunçu I seçki dairəsindən namizəd olan Afaq Hacıyeva - 252 saylı Məktəb-Liseyin direktor müavini;
15) 27 saylı Sabunçu II seçki dairəsindən namizəd olan Əliabbas Salehzadə - Milli Məclisin deputatı Qalib Salahzadənin oğlu, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin şöbə müdiri;
16) 28 saylı Sabunçu III seçki dairəsindən namizəd olan Xatirə Cabbarova;
17) 29 saylı Səbayıl seçki dairəsindən namizəd olan Aytən Hüseynova - YAP-ın Gənclər Birliyinin koordinatoru;
18) 31 saylı Suraxanı II seçki dairəsindən namizəd olan Nizaməddin Ağcayev - 280 saylı orta məktəbin direktoru;
19) 32 saylı Suraxanı III seçki dairəsindən namizəd olan Afət Həsənova - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini;
20) 35 saylı Xətai üçüncü seçki dairəsindən namizəd olan Turan Əliyev;
21) 36 saylı Xətai IV seçki dairəsindən namizəd olan Kənan Rzayev - Xətai Bələdiyyəsinin üzvü;
22) 39 saylı Kəpəz I seçki dairəsindən namizəd olan Müşfiq Cəfərov - Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi;
23) 41 saylı Sumqayıt I seçki dairəsindən namizəd olan Hicran Hüseynova - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri;
24) 43 saylı Sumqayıt III seçki dairəsindən namizəd olan Emin Hacıyev - Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının İdarə Heyətinin üzvü;
25) 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizəd olan Müşfiq Məmmədov;
26) 46 saylı Şirvan seçki dairəsindən namizəd olan Azər Quliyev – Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi;
27) 50 saylı Abşeron- Qobustan seçki dairəsindən namizəd olan Elman Mikayılov- Qobustan rayon İcra Hakimiyyətinin şöbə müdiri;
28) 52 saylı Quba seçki dairəsindən namizəd olan Aysel Şeydayeva - YAP-ın Quba rayon Qadınlar Birliyinin sədri;
29) 53 saylı Quba- Qusar seçki dairəsindən namizəd olan Habil Bayramlı - YAP-ın Quba rayon Gənclər Birliyinin sədri;
30) 54 saylı Şabran- Siyəzən seçki dairəsindən namizəd olan Sadiq Qurbanov- YAP-ın qurucu üzvü, ADİU-nun müəllimi;
31) 56 saylı Xaçmaz kənd seçki dairəsindən namizəd olan Kənan Mərdanov - Xaçmaz şəhər Uşaq Musiqi Məktəbinin direktoru;
32) 57 saylı Kürdəmir seçki dairəsindən namizəd olan Nizami Qəribov- Kürdəmir Bələdiyyəsinin sədri;
33) 58 saylı Hacıqabul - Kürdəmir seçki dairəsindən namizəd olan Saleh Ələskərov- Hacıqabul rayon Gənclər və İdman İdarəsinin rəisi;
34) 59 saylı Salyan seçki dairəsindən namizəd olan Rəşad Hacıyev;
35) 60 saylı Salyan- Neftçala seçki dairəsindən namizəd olan Etibar Axundov- Mədəniyyət Nazirliyinin əməkdaşı;
36) 61 saylı Neftçala seçki dairəsindən namizəd olan Gültəkin Sadıqova - YAP-ın Neftçala rayon təşkilatının Qadınlar Birliyinin sədri;
37) 62 saylı Saatlı seçki dairəsindən namizəd olan Əziz Ələkbərli - Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri;
38) 63 saylı Sabirabad I seçki dairəsindən namizəd olan Kamal Cəfərov - Korrupsiyaya Qarşı Mübarizə Komisiyyasının katibi;
39) 64 saylı Sabirabad II seçki dairəsindən namizəd olan Ramin Məmmədov- YAP-ın Gənclər Birliyinin sədr müavini, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini;
40) 66 saylı Biləsuvar seçki dairəsindən namizəd olan Səyalə Şahbazova - Biləsuvar rayonu Heydər Əliyev Mərkəzinin direktoru;
41) 69 saylı Cəlilabad- Masallı- Biləsuvar seçki dairəsindən- namizəd olan Etibar Sadıqov- sahibkar;
42) 70 saylı Masallı şəhər seçki dairəsindən namizəd olan Məşhur Məmmədov- “Embawood” şirkətinin əvvəlki rəhbəri;

43) 71 saylı Masallı kənd seçki dairəsindən namizəd olan Anar İsgəndərov- tarix elmlər doktoru, professor;
44) 72 saylı Yardımlı- Masallı seçki dairəsindən namizəd olan Sərvər Əliyev - Yardımlı rayonu Qaraqaya kənd orta məktəbinin direktoru;
45) 73 saylı Lənkəran şəhər seçki dairəsindən namizəd olan Güloğlan Bağırov- Lənkəran şəhər Təhsil Şöbəsinin müdir müavini;
46) 79 saylı İmişli seçki dairəsindən namizəd olan Nazim Əzimov - İmişli rayon Mədəniyyət evinin rəhbəri;
47) 80 saylı İmişli- Beyləqan seçki dairəsindən namizəd olan Rüfət Muradov - YAP-ın İmişli rayon təşkilatının Gənclər Birliyinin sədri;
48) 83 saylı Ağcabədi- Füzuli seçki dairəsindən namizəd olan Rəşad Rəhimov;
49) 84 saylı Füzuli seçki dairəsindən namizəd olan Svetlana Məmmədova - Fizuli Rayon 2 Nömrəli Tam Orta Məktəbin direktoru; 
50) 85 saylı Şamaxı seçki dairəsindən namizəd olan Arif Lazımov - Şamaxı rayon II Çaylı kənd ümumi orta məktəbinin direktoru;
51) 86 saylı İsmayıllı seçki dairəsindən namizəd olan Zaur Muradov - İsmayıllı rayon Peşə Tədris Mərkəzinin direktoru;
53) 87 saylı Ağsu- İsmayıllı seçki dairəsindən namizəd olan Əli Hüseynov - YAP-ın Ağsu rayon təşkilatının sədri;
54) 88 saylı Göyçay seçki dairəsindən namizəd olan Ləman Hacıyeva - Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini;
55) 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizəd olan Rəşad Şükürov- YAP-ın Göyçay rayon təşkilatının Gənclər Birliyinin sədri;
56) 91 saylı Ucar seçki dairəsindən namizəd olan Ramil Həsən - ictimai fəal;
57) 92 saylı Zərdab- Ucar seçki dairəsindən namizəd olan Urfan Əhmədov - Ağdaş Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi;
58) 93 saylı Bərdə şəhər seçki dairəsindən namizəd olan - Fatma Yıldırım- Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin insan resusları şöbəsinin müdiri;
59) 94 saylı Bərdə kənd seçki dairəsindən namizəd olan Qnyaz Məmmədov;
60) 95 saylı Tərtər dairəsindən namizəd olan Eldar Əsədov;
61) 96 saylı Goranboy- Naftalan seçki dairəsindən namizəd olan Anar Məmmədov;
62) 99 saylı Şəmkir kənd seçki dairəsindən namizəd olan Nurlan Həsənov;
63) 101 saylı Göygöl- Daşkəsən seçki dairəsindən namizəd olan Elşad Mirbəşir - Sosial Təhqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini;
64) 102 saylı Samux- Şəmkir seçki dairəsindən namizəd olan Nizami Səfərov - Milli Məclis Aparatının İnzibati və Hərbi Qanunvericilik şöbəsinin müdiri;
65) 104 saylı Gədəbəy- Tovuz seçki dairəsindən namizəd olan Elnarə Məhərrəmova;
66) 105 saylı Tovuz seçki dairəsindən namizəd olan Məhəbbət Hüseynova - Tovuz rayon Təhsil şöbəsinin müdiri;
67) 106 saylı Tovuz- Qazax- Ağstafa seçki dairəsindən namizəd olan Niyazi Tağıyev;
68) 110 saylı Zaqatala seçki dairəsindən namizəd olan Bəhruz Bayramov – müəllim;
69) 111 saylı Qax seçki dairəsindən namizəd olan Mahir Əfəndi - YAP-ın Qax rayon təşkilatının İdarə Heyətinin üzvü;
70) 113 saylı Şəki şəhər seçki dairəsindən namizəd olan Vüqar İsgəndərov - Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi;
71) 114 saylı Şəki kənd birinci seçki dairəsindən namizəd olan Südabər İsmayılova - Şəki şəhər Təhsil şöbəsinin müdiri;
72) 115 saylı Şəki kənd ikinci seçki dairəsindən namizəd olan Rahim Həsənov - AMEA-nın Şəki Elmi Mərkəzinin Tarix və Etnoqrafiya şəbəsinin rəhbəri;
73) 116 saylı Qəbələ seçki dairəsindən namizəd olan Samir Əliyev;
74) 118 saylı Ağdam şəhər seçki dairəsindən- Farid Muradov- Ağdam rayon Təhsil şöbəsinin müdir müavini;
75) 120 saylı Cəbrayıl- Qubadlı seçki dairəsindən namizəd olan Ceyhun Məmmədov - Azərbaycan İlahiyyat İnstutunun rektoru;
76) 123 saylı Kəlbəcər seçki dairəsindən namizəd olan Aqil Məmmədov - Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı.

 

# 15145
avatar

Firuzə Vahid

Oxşar yazılar