Bakıda "Hyundai" markalı avtomobil "Peugeot" markalı maşına çırpılıb - FOTO - VİDEO
28 dekabr 2019 07:42 (UTC +04:00)

Bakıda "Hyundai" markalı avtomobil "Peugeot" markalı maşına çırpılıb - FOTO - VİDEO

0

 

 

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Tofiq Məmmədov "Hyundai" markalı avtomobillə Təbriz küçəsi ilə hərəkətdə olarkən sağa dönmə əməliyyatı etmək istəyib.

Bu zaman onun avtomobili Həsənoğlu küçəsi ilə hərəkətdə olan və Emin Ağayevin idarə etdiyi "Peugeot" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1614

Oxşar yazılar