795
11:13
28 Dekabr 2019

Dənizə neft axıdıb video paylaşan şəxslərlə bağlı RƏSMİ MƏLUMAT

Dənizə neft axıdan şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin ərazisində dənizə neft axıdılmasını əks etdirən videonun sosial şəbəkələrdə yayılması ilə əlaqədar “Azneft” İstehsalat Birliyi DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə araşdırma aparılıb.

Keçirilən tədbirlər nəticəsində neft məhsulunu dənizə axıdan və bunu çəkərək sosial şəbəkədə paylaşan şəxslər müəyyən ediliblər. İlkin dindirmə zamanı onlar bu hərəkətlərini etiraf ediblər. Dənizə neftin axıdılmasına yol verməklə ətraf mühiti çirkləndirən əməkdaşlar barədə SOCAR tərəfindən müvafiq inzibati tədbirlər görüləcəkdir.

Hazırda DİN NBPİ-nin Su nəqliyyatında Polis İdarəsində müvafiq araşdırmalar aparılır.