Mehriban Ələkbərzadənin “Mənəm, mən...”i
27 dekabr 2019 10:05 (UTC +04:00)

Mehriban Ələkbərzadənin “Mənəm, mən...”i

Azərbaycan Dövlət “Yuğ” Teatrında “Mənəm, mən...” adlı tamaşanın premyerası olub.

Lent.az-ın məlumatına görə, premyeradan öncə teatrın baş rejissoru Mehriban Ələkbərzadə tamaşa haqqında danışaraq deyib ki, Azərbaycan Dövlət “Yuğ” Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan tamaşanın janrı mistik-psixoloji dramı kimi təyin edilib.  Bildirib ki, səhnə əsəri böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibətilə hazırlanıb..

Ölkəmizdə “Nəsimi ili” çərçivəsində keçirilən silsilə tədbirlərdən bəhs edən rejissor, hazırkı premyeranın da reallaşan tədbirlərin davamı olduğunu qeyd edib. Tamaşanın yaradıcı heyətini tədbir iştirakçılarına təqdim edən M.Ələkbərzadə tamaşanın repertuarında xüsusi yer tutacağına əminliyini ifadə edib.

Sonra tamaşa oynanılıb.

Səhnə əsərində Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış ediblər.

Tamaşa maraqla qarşılanıb.

Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.

# 2042
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar