4373
19:32
26 Dekabr 2019

Smartfonu gecə vaxtı şarj etməyin - XƏBƏRDARLIQ

Gecə vaxtı şarjda qalan smartfonun akkumulyatoru daha tez sıradan çıxır.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, bu barədə “Business Insider” nəşri yazıb.

Məlumata görə, tamamilə enerji ilə doldurulmuş cihazın şəbəkə adapterinə qoşulu qalması batareyanın kimyəvi tərkibinin daha sürətli dəyişilməsinə səbəb olur. Bu isə onun istismar müddətinə mənfi təsir göstərir.

“BatterieIngenieure” şirkətinin nümayəndəsi Dominik Şultenin iddiasına görə, bütün əsas istehsalçıların smartfonlara əlavə müdafiə quraşdırmasına baxmayaraq, akkumulyatorun sıradan çıxması baş verir.

“Google”un nümayəndəsi isə deyib ki, batareya istehsalı və optimallaşdırılması üzrə müasir texnologiyanı nəzərə alsaq, bu tezis köhnəlib: “Smartfonun akkumulyatoru 100 faiz enerji topladıqda, enerji doldurma qurğusu cərəyanın verilməsini dayandırır".

Dİgər xəbərlər