16:39
26 Dekabr 2019

“Onun avtoriteti var, amma...” - Messi haqda


“Barselona”nın braziliyalı futbolçusu Artur Melo maraqlı açıqlama verib.

Lent.az -ın məlumatına görə, o, komanda yoldaşı Lionel Messi haqda danışıb.

Messini tərifləyən Artur onun hörmətindən sui-istifadə etmədiyini bildirib: “Leo məni çox təəccübləndirir. Messinin avtoriteti var, amma özünü bizim kimi aparır. Lider olduğunu heç vaxt başqasına göstərməz. Messinin necə hörmətinin olduğunu hamımız yaxşı bilirik. Ancaq o, bundan istifadə edib kiməsə fikrini yeritmir. Bu insanın bir pis cəhətini görməmişəm”.

Qeyd edək ki, Artur ötən ildən “Barselona”nın formasını geyinir.

Dİgər xəbərlər