435
08:44
26 Dekabr 2019

"Taliban" polis avtomobilinə hücum etdi: 1 zabit ölüb, digəri yaralanıb

Əfqanıstanın şimalında Qunduz şəhərində səhər saat 6:30-da terrorçular tərəfindən polis avtomobilinə hücum olub.

APA -nın Sputnik-ə istinadən verdiyi məlumata görə, hücum nəticəsində bir polis zabiti öldürülüb, digəri yaralanıb.

Hadisə şahidləri isə silahlı insident zamanı bir polisin öldüyünü ifadə edərək, iki zabitin və üç mülki şəxsin yaralandığını deyiblər.

Silahlı cinayətkarların tutulması istiqamətində polis tərəfindən əməliyyat tədbirlərinin davam etdiyi bildirilir.

Əfqanıstan Milli Ordusunun 205-ci korpusunun sözçüsü Yahya Alavin bildirib ki, günün birinci yarısında – hadisədən sonra Meyvənd əyalətinin Kandahar rayonunda əməliyyat keçirilib. Əməliyyat zamanı silahlı terror qruplaşmalarından 25 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Taliban” terror təşkilatı hadisənin məsuliyyətini öz üzərinə götürüb.

Qeyd edək ki, Əfqanıstan hökuməti uzun müddətdir ki, “Taliban”la bağlı müxtəlif silahlı qruplaşmalarla mübarizə aparır.

Dİgər xəbərlər