Yanvarda havanın orta minimal temperaturu açıqlandı
25 dekabr 2019 15:58 (UTC +04:00)

Yanvarda havanın orta minimal temperaturu açıqlandı

 

"Yanvar ayında adətən Bakıda havanın orta minimal temperaturu müsbət 2,4 dərəcəyə yaxın olur". 

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva qış fəslinin necə keçəcəyi və iqlim dəyişmələrinin ümumi qiymətləndirilməsi mövzusunda brifinqdə deyib. O bildirib ki, çoxillik məlumatlara əsasən, 1961-ci ildən başlayaraq yalnız 4 dəfə (1964-cü il-1,10S, 1969-cu il - 0,40S, 1972-ci il -2,30S, 1977-ci ildə -1,20S) ortaminimal temperatur mənfi olub: "Son 30 ildə isə yalnız bir dəfə 2008-ci ildə mənfi orta minimal temperatur qeydə alınıb (-1,4). Ümumdünya Meteorologiya Təşkilatının xüsusiləşdirilmiş mərkəzlərinin məlumatına əsasən bizim regionda temperatur rejimində müsbət anomaliyanın üstünlüyü, yağıntıların isə bəzi şərq rayonları istisna olmaqla, normadan az olacağı gözlənilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1571

Oxşar yazılar