436
15:35
25 Dekabr 2019

Xəstə məhkuma heroin keçirərkən tutuldu

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən APA -ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 213.2.1; 213.2.2-ci maddələrinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Baxşiyev Cavid Ələkbər oğlu ilə qısamüddətli görüşə gəlmiş qohumu İmişli rayon sakini İsmayılov İldırım Əflatun oğlunun üzərinə baxış keçirilən zaman əynindəki paltonun cibində gizlətdiyi bükülülərdə 0,279 qram narkotik maddə - heroin və 0,062 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.