Hava nə vaxt dəyişəcək? - AÇIQLAMA
25 dekabr 2019 10:55 (UTC +04:00)

Hava nə vaxt dəyişəcək? - AÇIQLAMA

“Bu il dekabr ayı anomal isti keçir. Havanın temperaturu normadan yüksəkdir”. 

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, dekabrda ən isti gün ayın 24-də müşahidə olunub: “Həmin gün paytaxtda maksimal temperatur 15.4 dərəcəyə yaxınlaşıb ki, bu da çoxillik normadan  6.2 dərəcə yüksəkdir”.

U.Tağıyevanın sözlərinə görə, yaxın günlərdə də hava şəraitində mühüm dəyişiklik gözlənilmir: "Normadan yüksək temperatur rejimi yaxın 2-3 gün ərzində də davam edəcək”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5582

Oxşar yazılar