09:11
25 Dekabr 2019

Zəhərlənən gənc xəstəxanada öldü: cinayət işi açılıb

Bakıda xəstəxanada 24 yaşlı gənc ölüb.

Lent.az -ın məlumatına görə, hadisə dekabrın 24-də Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində baş verib. Belə ki, metil spirtindən zəhərlənərək şöbəyə yerləşdirilən Tovuz rayonu, Düzcırdaxan kənd sakini Mustafayev Mustafa Teymur oğlu həmin gün saat 15 radələrində dünyasını dəyişib.

Meyit xarici müayinə olunan zaman üzərində heç bir zorakılıq əlaməti aşkar edilməyib. Daxili müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Nəsimi rayon şöbəsinə göndərilib.

Hazırda faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Dİgər xəbərlər