13:14
24 Dekabr 2019

Paytaxtda təşkil edilən yeni il yarmarkalarındakı QİYMƏTLƏR

“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ilə əlaqədar dekabr ayının 21-dən etibarən məhsul bolluğunun yaradılması, istehlakçıların seçim imkanlarının artırılması və süni qiymət artımının qarşısının alınması məqsədi ilə kənddən-şəhərə qış yarmarkaları keçirilir”.

Bu barədə Lent.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC mərkəzinin mətbuat katibi Mayis Musayev məlumat verib. O bildirib ki, qış yarmarkası 31 dekabradək davam edəcək:

“Qış yarmarkaları 5 ünvanda – Yasamal (Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi, 225 saylı orta məktəbin qarşısı), Binəqədi (Süleyman Sani Axundov 5B, İnqilab kinoteatrının yanı), Nərimanov (Gənclik metrosunun yanı), Suraxanı (Qaraçuxur qəsəbəsi) və Abşeronun rayonlarında (Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A.) təşkil edilib. Yarmarkalarda ölkənin 30-a yaxın bölgəsindən 200-ə yaxın fermer iştirak edir. Onlar 70 çeşiddə kənd təsərrüfatı məhsullarını satışa çıxarırlar”.

M.Musayev yarmarkalardakı qiymətlərə gəlincə isə bildirib ki, gündəlik olaraq məhsulların qiymətləri yarmarkaların girişlərində yazılı şəkildə qoyulur:

“Həmçinin məhsulların üzərində də bütün qiymətlər yazılıb. Buna baxmayaraq, alıcılar qiymətləri fermerlərlə razılaşdırıb daha aşağı da ala bilərlər”.

Kənddən-şəhərə yarmarkasındakı bəzi qiymətləri təqdim edirik:

Kartof – 0.55 qəpikdən 1 manatadək,
Soğan – 0.45 - 0.55 qəpik,
Kələm – 0.35 - 0.40 qəpik,
Kök – 0.50 - 0.80 qəpik,
Çuğundur – 0.40 - 0.70 qəpik,
Alma – 0.25 qəpikdən 2 manatadək,
Armud – 0.70 - 1.80 qəpik,
Nar – 0.50 qəpikdən 2 manatadək,
Heyva – 0.60 - 1.20 qəpik,
Mandarin – 1 manat - 1.20 qəpik,
Xiyar – 0.80 qəpik - 1 manat,
Göyərti – 7 dəstəsi 1 manat,
Sarımsaq – 0.80 qəpik - 1 manat,
Badımcan – 0.50 - 0.80 qəpik,
Bibər – 0.40 - 0.50 qəpik və s.

Qeyd edək ki, aşağıda yerləşdirilən fotodan digər məhsulların da qiymətlərinə nəzər sala bilərsiniz.

Dİgər xəbərlər