Bu ərazilərə içməli suyun verilməsi dayandırılıb
23 dekabr 2019 22:25 (UTC +04:00)

Bu ərazilərə içməli suyun verilməsi dayandırılıb

Ceyranbatan-Binəqədi magistral kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılıb. 

Bu barədə APA-ya "Azərsu" ASC-dən məlumat verilib.

Hazırda ASC-nin mütəxəssisləri və qəza briqadaları hadisə yerindədir, qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1495

Oxşar yazılar