651
19:42
23 Dekabr 2019

İki evdən bu qədər qızıl oğurlandı

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 14-də rayon ərazisindəki evlərin birindən 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl üzük oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu E.Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş A.Qəhrəmanovun ətrafında Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun Biləcəri qəsəbəsindəki evlərin birindən 330 manat dəyərində qol saatı və bir evdən isə 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.