Bələdiyyə seçkilərində mübarizə aparacaq namizədlərin SAYI
22 dekabr 2019 12:43 (UTC +04:00)

Bələdiyyə seçkilərində mübarizə aparacaq namizədlərin SAYI

Hazırda 1606 bələdiyyə üzrə çap olunmuş bülletenlərə  41462 nəfərin adı daxil edilib.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında  deyib.

O bildirib ki, seçkilərdə 13 siyasi partiyanın nümayəndələri də namizəd kimi qeydə alınıb: “Bu, böyük göstəricidir”.

Qeyd edək ki, seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1714

Oxşar yazılar