1. Milli mətbuatımızın görkəmli nümayəndələrindən biri, ictimai xadim, əməkdar jurnalist Nəsir İmanquliyev 22 dekabr 1911-ci ildə anadan olub.
2. Əfsanəvi kəşfiyyatçı partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə 1918-ci ilin bu günü Bakıda anadan olub.
3. Yazıçı, kinossenariçi, əməkdar incəsənət xadimi Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakıda doğulub.
4. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Ələkbər Əliyev 22 dekabr 1955-ci ildə Qubadlı rayonunun İşıqlı kəndində anadan olub.
5. Azərbaycanın görkəmli kino aktyoru Muxtar Maniyevin anım günüdür. O, 1935-ci ildə Bakıda doğulub.