787
18:28
21 Dekabr 2019

Rusiyada axtarışda olan Bakı sakinindən heroin tapıldı

Paytaxt sakinindən narkotik aşkar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əvvəlcədən verilən məlumat əsasında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçiriblər. Nəticədə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Abdurəhmanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Araşdırmalarla onun Rusiya Federasiyası Cinayət Mətcəlləsinin 158-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Dİgər xəbərlər