6617
13:24
21 Dekabr 2019

Sürücülərin DİQQƏTİNƏ! Bakıda parklanmaya nəzarət gücləndirildi

Şamaxinka adlanan ərazidə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən, o cümlədən kameraların köməyi ilə qanunsuz parklanmaya nəzarət gücləndirilib.

Bakı Nəqliyyat Agentliyindən Lent.az -a verilən məlumata görə, sürücülərə tövsiyə edilir ki, qeyd edilən ərazidə dayanma və durma qaydalarına əməl etsinlər, yolun hərəkət hissəsində qanunsuz dayanmaq və ya durmaqla digər hərəkət iştirakçılarının xüsusən də müntəzəm marşrut xətt avtobuslarının hərəkətini məhdudlaşdırmasınlar.

Məlumat üçün qeyd edək ki, hər gün səhər və axşam pik saatlarında sürücülərin bu qaydalara əməl etməmələri qeyd edilən ərazidə nəqliyyatın axınının nizamsızlığına və hərəkətin iflic olmasına səbəb olur. Bu isə ilk növbədə şimal istiqamətindən 20 yanvar dairəsi eləcə də əks istiqamətdə hərəkət edən 24 müntəzəm marşrut xətti üzrə 400-ə yaxın avtobusun intervalında gecikmələrə səbəb olur ki, nəticədə 410 min nəfərə yaxın ictimai nəqliyyat istifadəçisinin mənzil başına lüzumsuz yerə əlavə vaxt itkisinə məruz qalmaqla çatmasına səbəb olur.