16:30
20 Dekabr 2019

Xalq artisti Abbasla Zamiqi barışdıracaq - VİDEO

Xalq artisti Röya Ayxan Əməkdar artist Abbas Bağırovla müğənni Zamiq Hüseynovu barışdıracaq.

Lent.az -ın məlumatına görə, müğənni bu barədə "Show news" verilişində deyib:

"Zamiqlə aramızda anlaşılmazlıq olmuşdu. Bizi Abbas Bağırov barışdırdı. Gəlib dedi ki, biz birik, küsüb-barışarıq, borcumdur sizi barışdırım. Zamiqlə barışanda Abbas sevindi. Üstündən 1 ay keçdi, onlar küsdü. Amma onların küsülülüyü uzun çəkdi.

Abbas Zamiqi çox istəyir. Hər dostumun xasiyyətini bilən adamam. Zamiq heç vaxt dedi-qodu etməz, dost arxasınca danışmaz. İkisi də qız bürcüdür, kişidir. İkisində də eqoistlik və tərslik var. Abbasdan daha çox istəyəcəm, bu barışığa addım atsın. Çünki məni həmişə barışığa Abbas itələyib".

Dİgər xəbərlər