Smartfonu "gecə rejimi"nə qoymaq olmaz – SƏBƏB
20 dekabr 2019 19:09 (UTC +04:00)

Smartfonu "gecə rejimi"nə qoymaq olmaz – SƏBƏB


Böyük Britaniyadan olan mütəxəssislər mobil cihazların “gecə rejimi”nin  faydasız olduğu qənaətinə gəliblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, funksiya, ehtimal ki, yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün mobil cihazın ekranının rənginin dəyişdirilməsini təmin edir.

Ancaq Mançester universitetinin əməkdaşları müəyyən ediblər ki, “gecə rejimi”ndəki sarı rəng  istifadəçiyə smartfonun standart parametrlərindən daha çox zərər verəcək.
 
Əvvəllər mütəxəssislər bu funksiyanın melatonin istehsalını sabitləşdirməyə və yuxunu gücləndirməyə imkan verdiyini təklif ediblər.

Lakin laboratoriya gəmiricilərindəki bir təcrübə bu tezisi təkzib edir.

Beləliklə, filtrlərin istifadəsi beyinə yatmağa hələ tez olduğunu inandıra bilər.

Bundan əlavə, sarı rəng günəş işığı ilə əlaqələndirilir, buna görə bir smartfonun "gecə rejimi”ni aktivləşdirən şəxsin yuxuya getməsi daha çətindir.
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1610

Oxşar yazılar