Deputatlığa namizədliyə iddialıların NƏZƏRİNƏ: Sabah bu mərhələ başlayır
20 dekabr 2019 11:13 (UTC +04:00)

Deputatlığa namizədliyə iddialıların NƏZƏRİNƏ: Sabah bu mərhələ başlayır

Dekabrın 21-dən Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi başlayır. 

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini  DSK-ya təqdim etməlidir. 

Gələn il fevralın 9-a təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-u saat 18:00-dək olan dövrü əhatə edir. 

Azərbaycan Prezidentinin 2019-cu il dekabrın 5-də imzaladığı sərəncam ilə Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin olunub. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1653

Oxşar yazılar