09:20
20 Dekabr 2019

“Narkotik” qidalar açıqlanıb


Alimlər narkotik kimi asılılıq yaratmaq gücü olan qidaları açıqlayıblar.

e-tibb.az xəbər verir ki, ABŞ-dakı Miçiqan Universitetinin alimləri tələbələr arasında bununla bağlı araşdırma aparıblar.

Alimlərin “narkotik-qidda məhsulları "adlandırıqları qidalar arasında şokolad və çipsi də var.

Asılılığa səbəb olan yeməklər arasında ümumi komponentli məhsullar qeyd olunub. Bunların hamısı müvafiq olaraq 2:1 nisbətində karbohidratlar və yağı özündə ehtiva edir. Alimlər qeyd edirlər ki, ana südündə komponentlərin eyni nisbəti müşahidə olunur.

Təhlükəli məhsulları aşkar etmək üçün 35 müxtəlif məhsul üçün qida asılılıq şkalsından istifadə edilib. Məlum olub ki südlü şokolad, dondurma və tort kimi ərzaqlar, çipslər, həmçinin pizza orqanizmidə daha çox asılılıq yaradır.

Rəyi soruşulanlar bu siyahıya burger və popkornu daxil etməyiblər.

Alimlər qeyd ediblər ki, insan beyni erkən yaşlarında yeməkdən aldığı həzzi yadda saxlayır. Məhz buna görə də yetkinlik dövründə biz ilk dad hislərini xatırladan məhsulları xoşlayırıq.

Dİgər xəbərlər