Rusiyada silahlı insident baş verib, ölən və yaralananlar var - VİDEO
19 dekabr 2019 21:15 (UTC +04:00)

Rusiyada silahlı insident baş verib, ölən və yaralananlar var - VİDEO

 

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası önündə silahlı insident baş verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın Lubyanka rayonunda yerləşən FTX-nin binası önündə bu gün axşam saatlarında naməlum şəxs odlu siladan atəş açıb. 

Hadisə nəticəsində yaralıların olduğu bildirilir . Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən verilən məlumata əsasən, odlu silahdan atəş açan şəxs zərərsizəşdirilib.

Qeyd edək ki, “Sputnik” yerli KİV-lər istinadən məlumat yayıb ki, silalı insident nətcəsində 3 nəfər öldürülüb.

# 1506
avatar

Oxşar yazılar