Ümid Partiyası indiyədək deputatlığa 65 namizədin sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim edib, namizədliyə iddialıların xeyli hissəsi imza vərəqlərini götürüblər.
Partiyanın mətbuat xidmətindən Lent.az-a bildirilib ki, namizədliyi irəli sürülənlərin 13 faizi qadın, 87 faizi kişilərdir. Namizədliyi irəli sürülən ən gənc partiya üzvünün 19, ən yaşlısının 69 yaşı var. Namizədliyə irəli sürülənlər arasında ali təhsillilər 94,5, orta - ixtisas təhsillilər 3,5, orta təhsillilər isə 2 faizdir.
Məlumata görə, artıq imza toplanmasını başa çatdıranlar da var. Bu günə qədər partiyalar içərisində ən çox namizəd irəli sürən və ən çox sənədləri dairələrə təqdim olunan namizəd Ümid Partiyasındandır. Partiya 65 namizəd irəli sürüb, daha 15 nəfərin sənədləri hazırlanır.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası hələ namizədlərini açıqlamayıb və dairələrə sənədlər təqdim etməyib.