19:24
19 Dekabr 2019

Məlumatları olduqca sürətli ötürən fləşkart hazırlandı

“Kickstarter” platforması dünyaya bir çox maraqlı layihələr təqdim edib.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, növbəti layihələrdən biri “Bullet SSD” fləş kartı ola bilər. İstehsalçılar əmin edirlər ki, bu, dünyada ən kiçikölçülü, yüksəksürətli SSD daşıyıcısıdır.

Qurğu bütün populyar platformaları dəstəkləyir və kənar təsirlərə qarşı yüksək müdafiəyə malikdir.

“Bullet SSD” görünüşcə “USB Type-C” (USB 3.2 Gen2) konnektoru ilə təchiz edilmiş ən adi fləş kartı xatırladır. Daşıyıcının çəkisi 18 qr-dır. Bundan başqa, cihaz “IP67” standartı üzrə su və sudan qorunub ki, bu da onun etibarlılığını və davamlılığını artırır.

İstehsalçının iddiasına görə, daşıyıcının məlumatları oxuma və yazma sürəti təxminən 500 MB/s təşkil edir ki, bu da kiçikölçülü fləş kartı üçün rekord göstəricidir.

Aksesuar məlumatların saxlanılması, cihazlar arasında məlumatların ötürülməsi və ehtiyat nüsxələrinin yaradılması üçün universal daşıyıcı kimi təqdim edilir. “Android”, “iOS”, “macOS”, “Windows”, “Linux” sistemlərinin idarəetməsi altında işləyən qurğuları, kameraları və oyun konsollarını dəstəkləyir.

Sözügedən fləş kartın 1 TB-lıq versiyası 99, 2 TB-lıq isə 159 dollar təşkil edir.

Dİgər xəbərlər