368
19:16
19 Dekabr 2019

Qadına qarşı dələduzluq edən tutuldu


Ağsuda qadına qarşı dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dələduzluq etdiyinə görə tutulan Ə.Əmirovun ətrafında Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun bu il iyunun 1-də Ağsu şəhər sakini S.Gülməmmədovanı aldadıb 880 manatını alması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.