717
14:02
19 Dekabr 2019

1895 jurnalist, konfransdan əvvəl qəlyanaltı, daha sonra... - FOTOLENT

Bir qədər əvvəl Rusiya Prezidenti Vladimir Putinin ilin yekunlarına dair ənənəvi mətbuat konfransı başlayıb.

Lent.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, mətbuat konfransına rekord sayda - 1895 media nümayəndəsi akkreditə olunub. Onların arasında xarici KİV nümayəndələri də var.

Mətbuat konfransı adətən uzun çəkdiyindən tədbirdən əvvəl jurnalistlərə buterbrodlar, müxtəlif çərəzlər, çay, kofe, su və şirələr təklif edilir. Elə jurnalistlər də necə deyərlər, konfransa əliboş gəlməyiblər. Onların bəziləri konfransa ikona, qəlyan, Putinin rəsmi olan müxtəlif suvenirlər və digər əşyalarla zala təşrif buyurublar.

Lent. az jurnalistlərlə bağlı maraqlı fotoları təqdim edir.