Quba rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 17 yaşlı Heybətova Validə Zaur qızı hamamda dəm qazından zəhərlənib. O, dərhal Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır.
Faktla bağlı araşdırmalar davam etdirilir.