16:48
18 Dekabr 2019

Diqqət “El Klasiko”ya: Tarixi oyunun tarixi məqamları - FOTOLENT

Bu gün Bakı vaxtı ilə saat 23:00-da bütün futbol azarkeşlərinin diqqəti İspaniyaya yönələcək. Lent.az -ın məlumatına görə, hamının həsrətlə gözlədiyi, əzəli rəqiblər - “Barselona” və “Real”ın iştirakı ilə növbəti “El Klasiko” keçiriləcək.

La Liqada 16 oyundan sonra hər iki komandanın 35 xal toplaması və turnir cədvəlində 1-2-ci yerləri bölüşməsi matça marağı bir qədər də artırır. Oktyabrın 26-da oynanılmalı olan bu görüş Kataloniyanın müstəqilliyi tərəfdarlarının etiraz aksiyalarına görə təxirə salınmışdı. Mitinqlər səngimədiyindən, oyundan öcnə təhlükəsizlik tədbirləri xeyli gücləndirilib.

Bu komandalar ilk dəfə 1902-ci ildə üz-üzə gəliblər. Həmin oyunda meydan sahibi olan “Barselona” 3:1 hesablı qələbə qazanıb. “Real” və “Barselona” iştirak etdikləri bütün turnirlərdə ümumilikdə 275 dəfə qarşılaşıblar. 115 dəfə “Barselona”, 99 dəfə “Real” qələbə qazanıb, 61 matçda isə heç-heçə qeydə alınıb. Kataloniya təmsilçi indiyə qədər “Real”ın qapısından 482 top keçirib. “Kral klubu” isə bu qollardan 446-nın əvəzini çıxa bilib.

Bu komandaların son 5 oyununda qeydə alınan nəticələr

02.03.2019. La Liqa. “Real” - “Barselona” - 0:1.

28.02.2019. İspaniya Kuboku. “Real” - “Barselona” - 0:3.

07.02.2019. İspaniya Kuboku. “Barselona” - “Real” - 1:1.

28.10.2018. La Liqa. “Barselona” - “Real” - 5:1.

06.05.2018. La Liqa. “Barselona” - “Real” - 2:2.

“El Klasiko” tarixində ən böyük hesablı (ən azı 5 top fərqi ilə olan) qələbələr

1935-ci il, 3 fevral. “Real” - “Barselona” - 8:2.

1935-ci il, 21 aprel. “Barselona” - “Real” - 5:0.

1943-cü il, 19 iyun. “Real” - “Barselona” - 11:1.

1945-ci il, 25 mart. “Barselona” - “Real” - 5:0.

1949-cu il, 18 sentyabr. “Real” - “Barselona” - 6:1.

1950-ci il, 24 sentyabr. “Barselona” - “Real” - 7:2.

1953-cü il, 5 oktyabr. “Real” - “Barselona” - 5:0.

1957-ci il, 19 may. “Barselona” - “Real” - 6:1.

1974-cü il, 17 fevral. “Real” - “Barselona” - 0:5.

1994-cü il, 8 yanvar. “Barselona” - “Real” - 5:0.

1995-ci il, 7 yanvar. “Real” - “Barselona” - 5:0.

2010-cu il, 29 noyabr. “Barselona” - “Real” - 5:0.

“El-Klasiko” tarixində ən çox qol vuran futbolçular

1. Lionel Messi (“Barselona”) - 26.

2-3. Alfredo di Stefano (“Real”), Kriştianu Ronaldo (“Real”) - 18.

4. Raul Qonzales (“Real”) - 15.

5-6-7. Sezar Alvares (“Barselona”), Frasisko Gento (“Real”), Ferens Puşkaş (“Real”) - 14.

8. Santilyana (“Real”) - 12.

9. Luis Suares (“Barselona”) - 11.

10. Uqo Sançes (“Real”), Xuanito (“Real”), Xosep Samityer (“Barselona”, “Real”) - 10.

“El Klasiko” tarixində ən çox qol ötürməsi verən futbolçu

Lionel Messi (“Barselona”) - 14 assist.

“El Klasiko”larda ən çox oyun keçirən futbolçular

1. Serxio Ramos (“Real”), Xavi Ernandes (“Barselona”), Manuel Sançis (“Real”), Françisko Gento (“Real”) - 42 oyun.

2. Lionel Messi (“Barselona”) - 41.

3. Andres İnyesta (“Barselona”) - 39.

4. Fernando Yerro (“Real”), Raul Qonzales (“Real”) İker Kasilyas (“Real”) - 37.

5. Serxio Buskets (“Barselona”) - 36.

6. Santilyana (“Real”) - 35.

Hər iki komandada oynamış futbolçular

Alfonso Albeniz, Xose Quirante, Çarls Velleys, Arsenio Komamala, Valter Rozitski, Rikardo Zamora, Xosep Samityer, Mariano Qarsiya de la Puerta, Xoakin Navarro, Alfonso Navarro, Laşlo Kaszas, Xusto Texada, Evaristo, Fernand Qoyverts, Bernd Şuster, Luis Milla, Nando Munyoz, Mixael Laudrup, Miquel Soler, Luiş Fiqu, Albert Selades, Ronaldo, Xavyer Saviola, Lusiano Lizarraqa, Enrike Normand, Xose Anxel Berraondo, Hilario, Xosep Kanal, Alfonso Navarro, Çus Pereda, Lusyen Müller, Amador Lorenzo, George Haci, Julen Lopeteqi, Robert Prosineçki, Luis Enrike, Dani Qarsiya Lara, Alfonso Perez, Samuel Eto.

Rizvan Babayev

Dİgər xəbərlər