Yüksək sürətli internet üçün kosmosa peyk buraxıldı
18 dekabr 2019 19:54 (UTC +04:00)

Yüksək sürətli internet üçün kosmosa peyk buraxıldı

“SpaceX” şirkəti kosmosa göyərtəsində “JCSAT 18/Kacific 1” telekommunikasiya peykinin olduğu “Falcon 9” raketdaşıyıcısı buraxıb.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, layihə Sakit okean regionunda – Asiya və Avstraliyanın cənub sahilləri arasında yerləşən minlərlə adanın sakinlərinə genişzolaqlı internetə çıxışa imkan yaradacaq. Orada yaşayan əhali əsasən aşağı sürətli internetdən istifadə edir və ya rəqəmli dünyadan təcrid edilmiş şəkildə qalır.

Əksər internet provayderləri nümayəndələrinin fikrincə, regionda internetin çəkilməsi xərcini ödəməyəcək. Onların sözlərinə görə, orada genişzolaqlı rabitəni yalnız okeanın dibi ilə çəkilən mis və ya fiber-optik kabellərlə təmin etmək mümkündür. Lakin onların quraşdırılmasının baha başa gəlməsi səbəbindən əksər şirkətlər qoyulan vəsaitin geri qaytarılmayacağına əmindir.

“SpaceX” raketinin ilk pilləsi əvvəllər həyata keçirilən buraxılışlarda iki dəfə istifadə olunub. Şirkət onu Yerə qaytararaq təkrar istifadəsini planlaşdırsa da, raketin ön müqavimət sipərinin iki elementi suya düşüb. Şirkət əməkdaşları tərəfindən onların tapılaraq növbəti buraxılışlarda tətbiqi nəzərdə tutulur.

# 1565
avatar

Oxşar yazılar