563
19:04
18 Dekabr 2019

Bakıda iki kişi itkin düşdü

Dünən Yasamal rayonunda iki nəfər itkin düşüb.

Lent.az -ın məlumatına görə, Ə.Cavad küçəsində yaşayan 25 yaşlı Məmmədov Cavad Əziz oğlu saat 23 radələrində evdən çıxaraq bir daha geri qayıtmayıb.

Digər itkin düşmə hadisəsi 1-ci Alatava adlanan ərazidə qeydə alınıb. 40 yaşlı İbrahimov Nemət Xudbətdin oğlu yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Hər iki faktla bağlı Yasamal rayonu Polis İdarəsinin 29-cu Polis Şöbəsində araşdırma aparılır.