478
18:37
17 Dekabr 2019

Dörd nəfərə qarşı dələduzluq edən şəxs tutuldu

Bakıda 4 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb.

Lent.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Göygöl rayon sakini Ş.Musayeva tutulub.

Ətrafında aparılmış tədbirlərlə onun bu ilin noyabr ayında Bakı şəhər sakini S.Cabbarovanı aldadaraq 500 manatını alması da müəyyən edilib.