Google türkiyəli istifadəçilərə QADAĞA QOYDU - SƏBƏB
17 dekabr 2019 19:57 (UTC +04:00)

Google türkiyəli istifadəçilərə QADAĞA QOYDU - SƏBƏB

Google şirkəti bundan sonra Türkiyə bazarı üçün nəzərdə tutulmuş smartfonlarda Google Mobile Services-dan istifadə üçün lisenziya təqdim etməyəcək.

Lent.az "technote"a istinadən xəbər verir ki, yeni qərar təkcə yerli istehsalçıları deyil, həm də Android əməliyyat sisteminə sahib bütün smartfon istehsalçıları üçün nəzərdə tutulub.

Bundan əlavə olaraq Google şirkəti Türkiyə regionunda istifadə olunan bütün Android smartfonlar üçün sistem yenilənmələrinin təqdim olunmasını da dayandırıb.

Buna baxmayaraq hazırda istifadəçilər tərəfindən istifadə olunan və mağazalarda hələ satılmamış Android smartfonlarda Google servisləri çalışmağa davam edəcəklər. Hər şey ondan başladı ki, Rusiyanın Yandex şirkəti Türkiyənin antimonopoliya agentliyinə Google barəsində şikayət göndərib. Belə ki, Yandex Google şirkətini proqram təminatının yayılması üzrə olan razılaşmada dəyişikliyin edilməsində günahlandırıb. Google şirkəti öz axtarış sisteminin bir standart kimi istifadəçilərə təqdim edilməsinin dəyişdirilməsinin mümkünsüz olduğunu qeyd edib.

Nəticədə Türkiynin antimonopoliya agentliyi Yandex şrkətinin tərəfini tutaraq Google şirkətini 17.4 milyon dollar dəyərində cərimələyib. Daha sonra Google şirkəti öz siyasətində bir sıra dəyişikliklər etsə də həmin dəyişikliklər Türkiyənin antimonopoliya agentliyini qane etməyiblər. Növbəti mərhələdə antimonopoliya agentliyi Google şirkətinin gündəlik gəlirinin 0.05%-nin əldə edilməsi üzrə cərimə təyin edib.

Bu cərimə isə sözügedən problemin həll olunmasına kimi qüvvədə qalacaq. Antimonopoliya agentliyi şirkətə 60 gün müddət verib. Bundan əlavə olaraq Türkiyə hökuməti digər bir məsələ ilə bağlı istintaqın ilkin nəticələrini təqdim edərək bildirib ki, Google şirkəti axtarış və reklam sahələrindəki dominantlığından suistifadə edərək düzgün rəqabətin olmaması sayəsində öz servislərinin inkişaf etidirlməsini və onların yayılmasını reallaşdırır.

# 4011
avatar

Oxşar yazılar