500
08:24
17 Dekabr 2019

"Bloomberg" agentliyi yalan məlumat yaydığına görə 5 milyon avro cərimələnib

Fransanın maliyyə bazarına nəzarət orqanı “Bloomberg” xəbər agentliyini bilərəkdən yalan məlumat yaydığına görə 5 milyon avro dəyərində cərimələyib.

APA xəbər verir ki, bu barədə bazar ertəsi “France Presse” agentliyi məlumat yayıb.

Bildirilir ki, “Bloomberg”in yaydığı məlumatdan sonra 22 noyabr 2016-cı il tarixində Fransanın ən böyük inşaat korporasiyası “Vinci”nin səhmlərinin dəyəri düşüb.

Məlumata görə, “Bloomberg” agentliyi tikinti şirkətinin “çox ciddi” qanun pozuntularından sonra hesablarına yenidən baxmağa başladığını ifadə edən saxta press-relizin məzmununu yayıb.