Şirin topların hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
16 dekabr 2019 17:45 (UTC +04:00)

Şirin topların hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Bis-Dus Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla şirin topların necə hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

Qoz, peçenye, qatılaşdırılmış süd, kərə yağı, kakos, şokolad, vanil

Hazırlanması:

Qozu və peçenyeni doğrayıb qaba əlavə edirik. Qatılaşdırılmış südü, vanili və yağı əlavə edib qarışdırırıq. 10-15 dəqiqə saxlayıb yumrulayırıq. Şokoladı əridib yumruladığımız şirniyyatın bir hissəsini şokolada, qalanını isə kokosa salırıq. 1 saat soyuducuda saxladıqdan sonra servis edirik.

Nuş olsun!

# 2013
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar