Müsavatın keçmiş və indiki başqanının namizəd olacağı dairələr AÇIQLANDI
16 dekabr 2019 14:32 (UTC +04:00)

Müsavatın keçmiş və indiki başqanının namizəd olacağı dairələr AÇIQLANDI

Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin adlarını açıqlayıb.

APA-nın xəbərinə görə, növbədənkənar parlament seçkilərində iştirakla bağlı keçirilən toplantıda başqan Arif Hacılı bildirib ki, partiyanın 78 dairə üzrə 81 namizədi var. 

15 saylı Yasamal birinci seçki dairəsindən partiyanın başqanı Arif Hacılının, 19 saylı Nərimanov birinci seçki dairəsindən partiyanın sabiq başqanı, Milli Strateji Düşüncələr Mərkəzinin rəhbəri İsa Qəmbərin, 8 Saylı Binəqədi birinci seçki dairəsindən sabiq millət vəkili Arzu Səmədbəylinin, 9 saylı Binəqədi ikinci seçki dairəsindən başqan müavini, vəkil Nemət Kərimlinin, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlının, 11 saylı Qaradağ seçki dairəsindən başqan müavini Səxavət Soltanlının namizədlikləri irəli sürülüb.

Xatırladaq ki, 2020-ci ilin fevral ayının 9-na Azərbaycanda növbədənkənar parlament seçkiləri təyin edilib.

# 1388
avatar

Oxşar yazılar