İcbari tibbi sığorta həkimləri narazı saldı - SƏBƏB
16 dekabr 2019 14:15 (UTC +04:00)

İcbari tibbi sığorta həkimləri narazı saldı - SƏBƏB

İcbari tibbi sığortanın tətbiqinə sayılı günlər qalır. Gələn ilin əvvəlindən Azərbaycanda səhiyyə xidmətləri sahəsində mühüm yeniliklər gözlənilir. İcbari tibbi sığortanın tətbiqi bu sahədə xidmət görən və göstərən hər iki tərəfin maraqlarına xidmət etməlidir. Bu prosesdə həkimləri maraqlandıran məsələlərdən biri əməkhaqqı ilə bağlıdır. Əlaqədar qurum tərəfindən verilən açıqlamalar həkimlərin maaşlarının artacağı faktını ortaya qoyur. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov bildirib ki, icbari tibbi sığorta tətbiq ediləcək tibb müəssisələrində maaşlar həkimin tutduğu vəzifə və təcrübəsinə uyğun, Vahid Tarif Cədvəlinə əsasən müəyyən olunacaq.

 

O qeyd edib ki, həvəsləndirici əlavələr də olacaq. Əgər həkim rayon və kənddə işləyirsə, onun yaşadığı yerdən işlədiyi kənd məntəqəsinə qədər məsafə 15-20 kilometrə qədərdirsə, həvəsləndirici əlavə alacaq. Məsafə 20 kilometrdən yuxarıdırsa, ayrı həvəsləndirici əlavə tətbiq olunacaq. Ən əsası isə həkimin baxdığı xəstə sayına görə də əlavələr olacaq.

 

Ş.Eyvazov qeyd edib ki, pilot layihədə 7-8 min manat maaş alan həkimlər olub və bu, onların səhiyyənin qanunlarını aşmadan yüksək xidmət göstərməsi ilə bağlıdır. Görəsən, bütün həkimlər yüksək məbləğdə maaş ala biləcəklərmi? Ümumiyyətlə, həkimlərin narazılığına səbəb olmamaq üçün proses necə tənzimlənməlidir?

 

Professor Adil Qeybulla Lent.az -a bildirib ki, pilot layihənin nəticələrindən həkimlərin əksəriyyəti razı qalmayıb. Səbəb isə icbari-tibbi sığortaya xarakterik olmayan yanaşmalardır: “İcbari tibbi sığorta ilə bağlı dünya təcrübəsindən yararlanmaq lazımdır. İcbari tibbi sığortada ilk növbədə fiksə olunmuş qiymətlər tətbiq edilməlidir. Məsələn, 1500-2000 ilkin maaş sistemi olmalıdır. İlkin maaş sistemi konkret normativlərə əsaslanmalıdır. Həkim 10 xəstəyə baxa bilər. Xəstələrin sayı 10-u ötərsə, əlavə ödəniş olur. Yəni, növbədə 3 həkim var. Onların hərəsi 10 xəstəyə baxır. Əgər artıq xəstə gələrsə, yenə onlar arasında bölünür. Yoxsa, xəstələr bir həkimə yönəldilir və o 7-8 min maaş alır, digərinə isə 220 manar maaş vermək olmaz. Ümumiyyətlə, yaxşı və pis həkim kimi ayırmalar yalnız bizim Azərbaycana məxsusdur. Bu cür yanaşmadan, təbii ki, həkimlər narazı qalacaqlar. Əgər sığortanın tətbiqindən sonra belə nəticələr orataya çıxsa, vətəndaşa xidmət etməyəcək. Əgər bir həkim 7-8 min maaş alıb, digəri kənarda qalacaqsa, bu icbari tibbi sığorta yox, alver olar. Əvvəlki sovet səhiyyəsi kimi olar. İcbari tibbi sığortanın tətbiqində ilk növbədə həkimlər arasında peşəkarlığın artırılması, xəstəyə müştəri kimi baxılmaması mühiti yaradılmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4547
avatar

Aygün İbrahimli

Oxşar yazılar