Pensiyaçıların NƏZƏRİNƏ: Fırıldaqçılara aldanmayın - RƏSMİ
16 dekabr 2019 11:23 (UTC +04:00)

Pensiyaçıların NƏZƏRİNƏ: Fırıldaqçılara aldanmayın - RƏSMİ

Bəzi KİV-lərdə dələduzların pensiyaçı şəxslərə zəng edərək onlara pensiya məbləğlərinin artdığını bildirməsi, artan məbləğin guya pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini istəmələri barədə məlumat yayılıb.

Bu barədə Lent.az-a məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib ki, burada onların məqsədi pensiyaçıları aldadaraq onların kartlarından vəsait oğurlamaqdır:

"Ona görə də pensiyaçıların diqqətinə çatdırırıq ki, heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz və heç kimə də öz kart məlumatlarını verməsinlər.

Onu da bildirim ki, pensiya artdığı halda heç bir pensiyaçıya bu barədə evinə zəng edib məlumat verilmir, sadəcə olaraq artan məbləğ avtomatik hesablarına köçürülür".

# 5752
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar