Rafael Dadaşov evə buraxıldı - Vəziyyəti isə... - ÖZƏL
15 dekabr 2019 15:01 (UTC +04:00)

Rafael Dadaşov evə buraxıldı - Vəziyyəti isə... - ÖZƏL

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Rafael Dadaşov bir neçə dəqiqə öncə evə buraxılıb. Bu barədə Lent.az-a açıqlamasında tanınmış aktyorun özü deyib: "Şükürlər olsun ki, vəziyyətim indi normaldır. Amma müalicəmi ev şəraitində davam etdirəcəm. Mənə diqqət göstərən hər kəsə, Mərkəzi Neftçilər Xəstəxanasının bütün işçilərinə minnətdaram". 

Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.

# 3051
avatar

Yalçın UĞUR

Oxşar yazılar