
Bu ölkədə “donuz qripi”nə yoluxanların sayı 90-a çatdı

İordaniyada H1N1 virusunun ("donuz qripi") aşkarlandığı insanların sayı 90-a çatıb.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Saad Cabir dövlət televiziyasına açıqlamasında bildirib.
Nazir sözügedən epidemiyaya yoluxan insanların çoxunun müalicədən sonra xəstəxanadan evə buraxıldığını, 8-nin isə müalicəsinin davam etdiyini söyləyib.
Qeyd edək ki, İordaniya Səhiyyə Nazirliyi dekabrın 10-da ölkənin cənubunda yerləşən Kerak hərbi qospitalında xroniki revmatizmdən əziyyət çəkən, immun çatışmazlığı olan bir nəfərin "donuz qripi"ndən öldüyünü bildirmişdi.
Açıqlamada əvvəllər də “donuz qripi”nə yoluxan 49 adamın müalicədən sonra evə buraxıldığı qeyd edilirdi.

Oxşar yazılar

Naftalan sakini laqonda ilə özünü yaraladı
28 yanvar 2021 , 01:13
Azyaşlının üstünə qaynar su dağıldı
27 yanvar 2021 , 22:23
Azərbaycanda universitet tələbəsi dəm qazından boğuldu
27 yanvar 2021 , 21:29
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu
27 yanvar 2021 , 19:51
Rayonda iki nəfər qazdan zəhərləndi
27 yanvar 2021 , 18:19
Ticarət obyektlərinə nəzarət gücləndirildi - VİDEO
27 yanvar 2021 , 17:40
Xocalı polisi külli miqdarda silah-sursat aşkarladı-FOTO
27 yanvar 2021 , 17:04
Sosial şəbəkədə azyaşlı qızları əxlaqsızlığa cəlb edən HAKİM QARŞISINDA
27 yanvar 2021 , 17:00