İstanbul hava limanında it 20 milyon manatlıq narkotik aşkarladı
14 dekabr 2019 11:40 (UTC +04:00)

İstanbul hava limanında it 20 milyon manatlıq narkotik aşkarladı

İstanbul Hava Limanında polis əməliyyat keçirib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində dəyəri 70 milyon lirə ( təxminən 20 milyon manat) olan 1 ton 745 kq narkotik ələ keçirilib. Aşkarlanan narkotikin qanunsuz olaraq yeni dövriyyəyə buraxılmış kratom olduğu bildirilir.

Türkiyə Dövltə Gömrük Komitəsinin verdiyi açıqlamada narkotiklərin İndoneziyadan ABŞ-a göndərildiyi qeyd olunur. Əvvəlcədən verilən məlumat əsasında kinoloji xidmətin itləri tərəfindən yoxlanılıb. İtlərin reaksiyası nəticəsində paketlərdən nümunə götürülərkən onun  kratom narkotik vasitəsi olduğu üzə çıxıb.

Faktla bağlı araşdırma davam edir.

# 1136
avatar

Mehman Nəbiyev

Oxşar yazılar