“Windows 7” sistemində antivirusun yenilənməsi dayandırılacaq
13 dekabr 2019 19:16 (UTC +04:00)

“Windows 7” sistemində antivirusun yenilənməsi dayandırılacaq

 

“Microsoft” korporasiyası 14 yanvar 2020-ci il tarixində “Windows 7” əməliyyat sisteminin idarəetməsi ilə işləyən fərdi kompüterlər üçün təhlükəsizlik yeniləmələrinin göndərilməsini, eləcə də “Windows 7” sisteminə quraşdırılan pulsuz “Security Essentials” (MSE) antivirusunun dəstəklənməsini dayandıracaq.

 Lent.az “ictnews”a istinadən xəbər verir ki, korporasiyanın texniki dəstək saytının məlumatına görə, “MSE” üçün antivirus proqramlarının göndərilməsi yanvarın 14-də sona yetəcək. Bu isə o deməkdir ki, bu tarixdən sonra yaranacaq yeni zərərli proqramlar sistem tərəfindən aşkarlanmayacaq.

Viruslardan qorunmayan fərdi “Windows 7” istifadəçilərinə təhlükəsizliyə nəzarət edən “Windows Defender” (“Windows qoruyucusu”) əlavəsinin quraşdırıldığı “Windows 10” sisteminə keçmək tövsiyə edilir.

2008-ci ildə buraxılan “MSE” antivirusu 2012-ci ildə “Windows 8” sistemi işıq üzü gördükdən sonra “Windows Defender” ilə əvəzlənib. “Windows qoruyucusu” əməliyyat sisteminin bütün sonrakı versiyalarına, o cümlədən “Windows 10” sisteminə quraşdırılıb, lakin “MSE” antivirusu üçün dəstək “Windows 7” ilə məhdudlaşdırılıb.

# 1265
avatar

Oxşar yazılar