“Bizim supermarket”də “kərə yağı” adı altında fırıldaq
13 dekabr 2019 18:10 (UTC +04:00)

“Bizim supermarket”də “kərə yağı” adı altında fırıldaq

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 154 A ünvanında fəaliyyət göstərən “Bizim supermarket”də yoxlama keçiriblər.

AQTA-dan Lent.az-a daxil olan məlumata görə, yoxlama zamanı soyuducu vitrində olan “Uzun Ömür” əmtəə nişanlı “İvanovka” yağ məhsulunun etiket məlumatında bitki spred yağı yazılmasına baxmayaraq, satış vitrinində “kərə yağı” adı altında satışının həyata keçirildiyi və kassa çekində də faktın öz təsdiqini tapdığı müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib olunub, qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülüb.

 

 

# 1882
avatar

Aygün İbrahimli

Oxşar yazılar