
"Əsgərgetdi" qanla NƏTİCƏLƏNDİ

Ağcabədidə bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə dekabrın 12-də rayonun Hüsülü kəndində qeydə alınıb. Kənd sakini Namiq Məmmədovun oğlunun hərbi xidmətə getməsi ilə əlaqədar keçirilən məclisdə mübahisə yaranıb. Digər iki kənd sakini, 16 yaşlı Mirzəyev Əliheydər Əlimərdan oğlu, 37 yaşlı həmkəndlisi Mirzəyev Seymur İnqilab oğlunu bıçaqlayıb. Hadisəyə səbəb S.Mirzəyevin Ə.Mirzəyevə yaşının az olmasına görə mübahisə edə bilməyəcəyini deməsi olub.
Bundan hiddətlənən Ə.Mirzəyev S.Mirzəyevin arxasınca gedərək, yaşadığı evin qarşısında üzərində gəzdirdiyi bıçaqla sol çiyin, sol kürək, döş qəfəsinin sol yarısı və belinə 5 dəfə zərbə vurub. Daxilə nüfuz etməyən zərbələrdən sonra Ə.Mirzəyev hadisə yerindən qaçıb. S.Mirzəyevi ailə üzvləri Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada göstərilən ilkin tibbi yardımdan sonra onun vəziyyəti stabilləşib.
Aparılan əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Ə.Mirzəyevi bu gün Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları saxlanyıb.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Naftalan sakini laqonda ilə özünü yaraladı
28 yanvar 2021 , 01:13
Azyaşlının üstünə qaynar su dağıldı
27 yanvar 2021 , 22:23
Azərbaycanda universitet tələbəsi dəm qazından boğuldu
27 yanvar 2021 , 21:29
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu
27 yanvar 2021 , 19:51
Rayonda iki nəfər qazdan zəhərləndi
27 yanvar 2021 , 18:19
Ticarət obyektlərinə nəzarət gücləndirildi - VİDEO
27 yanvar 2021 , 17:40
Xocalı polisi külli miqdarda silah-sursat aşkarladı-FOTO
27 yanvar 2021 , 17:04
Sosial şəbəkədə azyaşlı qızları əxlaqsızlığa cəlb edən HAKİM QARŞISINDA
27 yanvar 2021 , 17:00