Məktəblini maşın vurdu
12 dekabr 2019 18:29 (UTC +04:00)

Məktəblini maşın vurdu

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə, Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində məktəblini “Hyundai” markalı avtomobil vurub.

Ağır xəsarət alan məktəbli rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Fakt araşdırılır.

# 1265
avatar

Oxşar yazılar