754
17:56
12 Dekabr 2019

İlin ən nüfuzlu qadını seçildi


Almaniyanın kansleri Anqela Merkel bil il əvvəl olduğu kimi, 2019-cu ildə də “Forbes” jurnalının versiyasına görə, dünyanın ən nüfuzlu 100 qadınının reytinqinə başılıq edir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ilk üçlüyə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard və ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də düşüb.

Məlumatda qeyd edilir ki, ilk sıradakı Merkel 9 ildir dalbadal Avropada miqrantlar əleyhinə mübarizə aparır. Pelosi isə ABŞ prezidenti Donald Trampın impiçment prosedurunun əsas ilhamçısıdır. Onun avtoriteti dünyanın ən nüfuzlu qadınlarının siyahısında üçüncü yerə çıxarıb.

20-ci yerdə amerikalı teleaparıcı Opra Uinfri, 40-cı sırada Britaniyanın kraliçası II Yelizavetadır.

ABŞ prezidenti Donald Trampın qızı İvanka 42-ci yeri tutub.