O, dünyanın yeni milyarderi oldu
12 dekabr 2019 15:52 (UTC +04:00)

O, dünyanın yeni milyarderi oldu

 

Dünyada yeni milyarder meydana çıxıb.

Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, o, koreyalı memar, Have & Be kosmetika şirkətinin təsisçisi Çin Vuk Lidir.

Məlumata görə, bu, onun şirkətinin ABŞ-ın Estee Lauder şirkəti ilə iki sövdələşmə imzalamasıdır.

Amerikanın kosmetika nəhəngi 2015-ci ildə Have & Be-nin payını alıb. 2019-cu ilin noyabr ayında isə Estee Lauder bəyan edib ki, 1,1 milyard dollara Koreya şirkətinin qalan hissəsini alacaq. 

Əvvəlcə Have & Be-nin səhmlərinin hamısının sahibi olan Çin Vuk Li Estee Lauder birinci sövdələşmədən sonra nə qədər qazanc əldə etdiyini açıqlamayıb. Ancaq “Bloombeg”in hesablamasına o, 103 milyon dollar qazanc əldə edə bilər. Agentliyin qiymətləndirməsinə görə, dekabr ayında baş tutan ikinci sövdələşmədən sonra iş adamının varidatı milyard dolları keçib. 

Have & Be şirkəti 2005-ci ildə yaradılıb. O, iki kosmetika brendi - Dr. Jart+ və Do The Right Thingin sahibidir. 

# 1927
avatar

Oxşar yazılar