Qonşuların şikayətindən sonra evdən meyit tapıldı
12 dekabr 2019 12:23 (UTC +04:00)

Qonşuların şikayətindən sonra evdən meyit tapıldı

Bakıda evdən meyit tapılıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini Telegina Tatyana Andreyevnanın çürümüş meyiti evindən aşkarlanıb. Meyit qonşuların kəskin qoxu hiss etməsindən sonra müəyyən olunub.

Araşdırma zamanı T. Teleginanın ölümündən 10 gündən çox keçdiyi müəyyənləşib.

Faktla bağlı Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır.

 

# 1107
avatar

Oxşar yazılar