
Saatlı sakinindən 1 kilo narkotik götürüldü
Saatlı rayon sakinindən narkotik götürülüb.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Saatlı rayon sakini Elçin Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Əməliyyat tədbirinin davamı olaraq E.Ağayevin yaşadığı mənzilə baxış keçirilən zaman oradan ümumi çəkisi 1 kiloqrama yaxın narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Kirayəşin ev sahibini bıçaqladı
21 yanvar 2021 , 08:20
Maşın vuran Bakı sakini ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
21 yanvar 2021 , 07:04
Bakıda qadını avtomobil vurdu
21 yanvar 2021 , 05:26
Bakıda “BMW” dekorativ ağaclara çırpıldı - FOTO
21 yanvar 2021 , 02:03Avtomobil kanala aşdı: sürücü ölüb - FOTO
20 yanvar 2021 , 18:30
Ağsu aşırımında hərəkət ÇƏTİNLƏŞDİ-FOTOLENT
20 yanvar 2021 , 15:06
Azərbaycanda bələdiyyə sədri İSTEFA VERDİ
20 yanvar 2021 , 14:50
Süni maketlərlə ov edən ovçular tutuldu
20 yanvar 2021 , 12:22